Ukraynalılar dağ marşrutları vasitəsilə ölkəni tərk edir
Müharibə başlayandan bəri təxminən 32 min Ukrayna vətəndaşı Rumıniyaya qaçıb.
Crossmedia.az -ın məlumatına görə, "Bild" Rumıniya sərhədçilərinə istinadən xəbər verir ki, bir çox ukraynalı təhlükəli dağ marşrutları vasitəsilə ölkədən çıxmağa çalışır.
Məlumata görə, insanlar gecə vaxtı işıqsız şəraitdə, çox zaman xüsusi avadanlıq olmadan və adi idman ayaqqabılarında hərəkət edirlər.
Nəşr qeyd edir ki, bu cür keçidlər bəzi hallarda faciə ilə nəticələnir.
17:24 18.05.2026
Oxunuş sayı: 45