İsrail “Sumud” Qlobal Donanmasına hücum edib: 23 gəmi ələ keçirilib
İsrail Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda Qəzza zolağına doğru hərəkət edən “Sumud” Qlobal Donanmasına müdaxilə etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 23 gəmi ələ keçirilib. Donanmada 39 ölkədən olan fəalların humanitar yardım çatdırmaq və Qəzza blokadasını yarmaq məqsədi ilə iştirak etdiyi qeyd olunur.
54 gəmidən ibarət donanmanın Qəzzaya doğru Türkiyənin Marmaris şəhərindən yola düşdüyü bildirilib.
Hadisə ilə bağlı tərəflərdən əlavə rəsmi açıqlamalar gözlənilir.
16:52 18.05.2026
Oxunuş sayı: 52