Pakistanda bazarda dəhşətli PARTLAYIŞ: Ölənlər arasında tanınmışlar da var
Pakistanın Cənubi Vəziristan bölgəsinin Vana şəhərində yerləşən “Rüstəm” bazarında güclü partlayış baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
Məlumata görə, ölənlər arasında tanınmış qəbilə ağsaqqalı Malik Tariq Vəzirin də olduğu bildirilir.
Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.
16:44 18.05.2026
Oxunuş sayı: 50