İran XİN sözçüsündən qalmaqallı iddialara cavab: Həqiqət deyil
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə aparılan danışıqlarla bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İranın zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarması və ya ABŞ tərəfindən 25 milyon dollarlıq təklif edilməsi barədə iddialar həqiqəti əks etdirmir və reallığa yaxın deyil.
Sözçü qeyd edib ki, danışıqlar prosesi davam edir və bu mərhələ hələlik müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, vasitəçilik çərçivəsində təqdim olunan təkliflər tərəflər arasında müzakirə olunur.
Bəqayi, həmçinin vurğulayıb ki, İranın nüvə zənginləşdirmə hüququ NPT çərçivəsində tanınır və bu məsələ müzakirə predmeti deyil.
16:08 18.05.2026
Oxunuş sayı: 54