Ermənistanda ŞOK VİDEO yayıldı: Maskalı silahlılar Paşinyanı hədələyir
Ermənistan sosial şəbəkələrində maskalı və silahlı şəxslərin baş nazir Nikol Paşinyanı hədələdiyi iddia olunan video yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Videoda şəxslərin Paşinyana qarşı əməliyyat aparacaqları və onu aradan qaldıracaqları barədə ifadələr səsləndirdiyi, həmçinin "Artsaxı" xilas etmək məqsədilə hərəkət etdiklərini iddia etdikləri bildirilir.
Baş nazir Nikol Paşinyan yayılan videoya sərt reaksiya verib və belə halların qəbulolunmaz olduğunu bildirib.
Hadisə ilə bağlı müxtəlif dairələrdə videonun xarici təsir və dezinformasiya ola biləcəyi barədə iddialar da səsləndirilir.
14:54 18.05.2026
Oxunuş sayı: 59