Tramp İranla bağlı mübahisəli paylaşım edib
ABŞ prezidenti Donald Tramp İranla bağlı sosial şəbəkədə diqqətçəkən bir xəritə paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paylaşılan vizualda Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistan və Mərkəzi Asiya ölkələri daxil olmaqla geniş regionun ABŞ bayrağının rəngləri və ulduzları ilə əks olunduğu göstərilir. Xəritənin mərkəzində isə yalnız İran ağ fonla fərqləndirilib.
Təsvirə əsasən, ətraf bölgələrdən İrana doğru yönəlmiş çoxsaylı “qırmızı oxlar” da yer alıb. Bu elementlər müxtəlif şərhlərə görə, İrana qarşı hərbi təzyiq və ya geosiyasi mühasirə mesajı kimi qiymətləndirilir.
11:32 18.05.2026
Oxunuş sayı: 35