Netanyahu: İsrail FPV dronlarına qarşı mübarizəni gücləndirəcək
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin FPV tipli dronlara qarşı əhəmiyyətli səylər göstərməyi planlaşdırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, İsrail ordusu bu sahədə təcrübə və məlumat əldə etmək məqsədilə, o cümlədən Ukraynada davam edən münaqişəni də təhlil edir. Netanyahu qeyd edib ki, müasir döyüş şəraitində dron texnologiyalarının rolu sürətlə artır və bu istiqamətdə müdafiə imkanlarının gücləndirilməsi vacibdir.
10:30 18.05.2026
Oxunuş sayı: 43