Ağ Ev: ABŞ Hörmüz boğazının açılması ilə bağlı Çinlə razılığa gəlib
Ağ Ev ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı Çinlə razılıq əldə etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, əldə olunan anlaşma bölgədə gərginliyin azaldılması və beynəlxalq enerji nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Rəsmi Vaşinqtonun bildirdiyinə əsasən, tərəflər bu istiqamətdə diplomatik təmasları davam etdirməyə hazır olduqlarını ifadə ediblər.
Açıqlamada həmçinin qeyd olunur ki, Hörmüz boğazının açıq qalması qlobal ticarət və neft bazarının sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.
10:16 18.05.2026
Oxunuş sayı: 44