Tramp İranla bağlı növbəti addımları müzakirə edib
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə Vaşinqtonun İranla bağlı mümkün növbəti addımlarını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, görüşdə ABŞ dövlət katibi Cey Di Vens, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edib. Görüş Trampın Virciniyadakı qolf klubunda keçirilib.
Məlumata əsasən, Trampın bu həftə ərzində milli təhlükəsizlik rəsmiləri ilə daha bir görüş keçirməsi gözlənilir.
10:00 18.05.2026
Oxunuş sayı: 36