Ananın təhsil səviyyəsi uşağın uğurunu necə dəyişir? – statistik açıqlama
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS 2025) Azərbaycanda (Bakı və Sumqayıt timsalında) uşaqların inkişafına təsir edən sosial amilləri üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu fikri Təhsil İnstitunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirib.
O, tədqiqatın ən diqqətçəkən məqamlarından biri kimi ananın təhsil səviyyəsi ilə uşağın göstərdiyi nəticələr arasındakı birbaşa əlaqədə olduğunu vurğulayıb.
Ali təhsilli anaların övladları öndə olduğunu vurğulayan direktor hesabata əsasən, ali təhsilli anaların övladları bir çox sahədə daha yüksək göstəricilər nümayiş etdirdiyini diqqətə çatdırıb:
"Ali təhsilli anaların övladları 501 bal topladığı halda, ali təhsili olmayan anaların övladları 474 bal toplayıb. Riyazi bacarıqlar sahəsində fərq daha kəskindir – ali təhsilli anaların övladları 546 bal, digərləri isə 510 bal toplayıb. Zehni çeviklik ali təhsilli anaların övladları 511 bal, digərləri isə 497 bal nəticə göstərib.
Sosial-emosional inkişafda fərqlərdə isə aparılan tədqiqatlar göstərir ki, uşaqlarda "Güvən" və "Sosial yönümlü müsbət davranış" faktorları da ananın təhsili ilə mütənasibdir.
Belə ki, ali təhsilli anaların uşaqlarında güvən hissi 507 bal səviyyəsindədirsə, təhsili olmayanlarda bu rəqəm 489-a düşür.
Ekspertlərin fikrincə, bu nəticələr ölkədə erkən öyrənmə mühitinin yaxşılaşdırılması və valideynlərin, xüsusilə anaların maarifləndirilməsinin uşaqların gələcək akademik uğurları üçün nə dərəcədə həlledici olduğunu bir daha sübut edir".
Elmir Heydərli
15:33 05.05.2026
Oxunuş sayı: 57