Azərbaycanlı uşaqlar beynəlxalq səviyyədə necə nəticə göstərir?
Azərbaycanlı uşaqların beynəlxalq səviyyədə bilik və bacarıqları müsbət dinamikada inkişaf edir.
Crossmedia.az xəbər verir ki, bu fikri Təhsil İnstitunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirib.
Direktor tədqiqatda Bakı şəhərindən 138 ümumtəhsil və 48 məktəbəqədər, Sumqayıtdan isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi iştirak edib.
Ümumilikdə 208 müəssisəni əhatə edən layihəyə Bakı və Sumqayıt üzrə 2731 nəfər 5 yaşlı uşaq, 2689 valideyn və 817 təhsilverən cəlb olunduğunu bildirib.
IELS 2025-in nəticələrinə görə, Bakı və Sumqayıt üzrə uşaqların riyazi bacarıqları (520.39 bal) beynəlxalq orta göstəricidən (501.18) əhəmiyyətli dərəcədə yüksək olduğunu qeyd edən direktor savadlılıq üzrə isə göstəricinin 482.51 bal təşkil etdiyini bildirib.
O, həmçinin müqayisə üçün tədqiqatda Azərbaycanla yanaşı Braziliya, İngiltərə, Belçika (Flamand icması), Koreya, Malta, Niderland və Birləşmiş Ərəb Əmirlikləri də iştirak etdiyini diqqətə çatdırıb.
Tədqiqat uşaqların icraedici funksiyalarını (işlək yaddaş, zehni çeviklik) və sosial-emosional inkişafını (emosiyaların tanınması, güvən və s.) da əhatə edib ki, bu göstəricilər üzrə də Azərbaycan beynəlxalq rəqabətlilik nümayiş etdirir.
Elmir Heydərli
15:25 05.05.2026
Oxunuş sayı: 42