Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adil Kərimli iki ölkənin əlaqələrinin Prezident İlham Əliyev ilə serbiyalı həmkarı Aleksandar Vuçiç arasında mövcud olan qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər zəminində ildən-ilə inkişaf etdiyini bildirib.
Mədəniyyət nazirinin sözlərinə görə, Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia"nın 3 may tarixindən etibarən Belqradla Bakı arasında birbaşa uçuşlara başlaması əlamətdar hadisədir və bu, digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.
Görüş zamanı mədəniyyət sahəsində əlaqələrin perspektivləri və gələcək layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
20:25 04.05.2026
Oxunuş sayı: 48