Sidneydəki icmamız bayram tədbiri keçirib
Avstraliya İttifaqının Sidney şəhərində Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirə Şimali Kipr Türk Respublikasının fəxri konsulu İlkay Yusuf, Türkiyənin Sidneydəki Baş konsulluğunun nümayəndəsi, professor doktor Cem Genç, həmçinin Avstraliyanın yerli aborigen icmasının nümayəndələri, Bosniya, Koreya Respublikası, Hindistan Qırğızıstan, Ukrayna, Vyetnam və digər icmaların rəhbərləri qatılıb.
Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta çıxışında uşaqların bizim gələcəyimiz, ümidimiz və qürurumuz olduğunu vurğulayıb. O qeyd edib ki, uşaqlara qoyulan sərmayə daha işıqlı və sülh dolu gələcəyə qoyulan investisiyadır.
Tədbirdə nümayiş olunan milli geyimlərimiz iştirakçıların böyük marağı ilə qarşılanıb.

15:20 30.04.2026
Oxunuş sayı: 43