Direktorların işə qəbulunda yeni meyar: Yüksək bal toplayan müəllimlərə üstünlük veriləcək
Direktor və direktor müavinlərinin işə qəbulu (DİQ) qaydalarında mühüm dəyişiklik edilib.
Yeniliyə əsasən, namizədlərin seçimi zamanı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladıqları bal əsas meyarlardan biri kimi nəzərə alınacaq.
Crossmedia.az xəbər verir ki, bu sözləri Məktəbəqədər Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O, sertifikatlaşdırma prosesində iştirak etməyən namizədlər üçün alternativ olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcəyini və bu yanaşmanın seçim prosesində obyektivliyin və peşəkarlığın artırılmasına xidmət etdiyini qeyd edib.
Direktor eyni zamanda qeyd edib ki, 1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulduğunu və bu mərhələ müəllim olmaq istəyən namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsində əsas rol oynayacağını vurğulayıb.
Elmir Heydərli
12:37 28.04.2026
Oxunuş sayı: 42