Akademik İsa Həbibbəyli AMEA-nın Nadir ağaclar parkına baxış keçirib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib.
Akademik İsa Həbibbəyli bildirib ki, üç il əvvəl “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ ağac və kol bitkilərinin əkilməsi ilə salınmış Nadir ağaclar parkı artıq bu gün öz bəhrəsini verir. AMEA rəhbəri vurğulayıb ki, Nadir ağaclar parkı ölkəmizdə ekologiyanın qorunmasına, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına Akademiyanın bir töhfəsidir.
Akademik İsa Həbibbəyli parkda əkilmiş ağac və kol bitkilərinə mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, AMEA-nın Azad Həmkarlar İttifaqının və AMEA-nın Rəyasət Heyəti aparatının Akademiya şəhərciyi şöbəsinin əməkdaşları iştirak ediblər.
14:22 24.04.2026
Oxunuş sayı: 61