Pakistanlı general: İran uzunmüddətli müharibəyə hazır deyil
Pakistanın təqaüddə olan general-leytenantı Məhəmməd Səid bildirib ki, İran ABŞ və İsraillə uzunmüddətli müharibə aparmaq gücündə deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası Tehranın ən həssas nöqtələrindən birini hədəfə alıb və bu addım ölkəni sülh danışıqlarına məcbur edə bilər.
General İran daxilində iqtisadi vəziyyətin ağır olduğunu, inflyasiyanın yüksəldiyini və milli valyutanın dəyər itirdiyini qeyd edib. O hesab edir ki, bu səbəbdən Tehran Vaşinqtonla danışıqları bərpa etməyə çalışacaq.
Keçmiş hərbçi əlavə edib ki, İran qısa müddət dron və raket hücumlarını davam etdirə bilsə də, ABŞ və İsrail ilə genişmiqyaslı qarşıdurma üçün kifayət qədər hərbi gücə malik deyil.
15:26 15.04.2026
Oxunuş sayı: 63