Avropa ABŞ-siz təhlükəsizlik planına keçir
Avropa ölkələri, o cümlədən nüvə sahəsində, Rusiyaya qarşı çəkindirmə və müdafiəni təmin edə biləcək daha güclü hərbi ittifaq yaratmaq məqsədilə ABŞ-ın NATO-dan çıxma ehtimalını müzakirə etməyə başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu proses ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri və Vaşinqtonun alyansı tərk edə biləcəyinə dair açıqlamaları fonunda sürətlənib.
Əsas dəyişikliklərdən biri isə Almaniyanın mövqeyindədir. Onilliklər ərzində bu mövzudan yayınan Berlin artıq “Avropa NATO-su” ideyasına açıq yanaşır. Kansler Fridrix Merts Fransanın rəhbərlik etdiyi təşəbbüsü dəstəkləyərək yeni təhlükəsizlik modelinə hazırlaşdıqlarını bildirib.
15:05 15.04.2026
Oxunuş sayı: 50