Macarıstan: Rusiya neftindən imtina edə bilmərik
Macarıstan rəsmisi Peter Magyar ölkənin enerji asılılığı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.O bildirib ki, Macarıstan hələ ki, Rusiya neftindən imtina edə bilməz və təchizat üçün Drujba boru kəməri həyati əhəmiyyət daşıyır.
Magyarın sözlərinə görə, Budapeşt ümid edir ki, Ukrayna aprelin sonunadək boru kəməri vasitəsilə neft nəqlini bərpa edəcək.
O vurğulayıb ki, enerji təhlükəsizliyi Macarıstan üçün prioritet məsələ olaraq qalır.
12:00 15.04.2026
Oxunuş sayı: 82