Polşada qalmaqal: Deputat İsraili “Üçüncü Reyx”lə müqayisə edib
Polşada parlamentdə gərginlik yaradan hadisə baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Deputat Konrad Berkoviç iclasa üzərində svastika təsviri olan İsrail bayrağı ilə gəlib.
O, bu addımı İsrailin hərəkətlərinə etiraz kimi izah edib və ölkəni “yeni Üçüncü Reyx” adlandırıb. Deputat həmçinin İsraili soyqırım törətməkdə ittiham edib.
Hadisə parlament daxilində və beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
11:40 15.04.2026
Oxunuş sayı: 100