İranda çörək böhranı: Un qıtlığı ölkəni silkələyir
İranın müxtəlif əyalətlərində un çatışmazlığı səbəbindən çörək sexlərinin fəaliyyətində məhdudiyyətlər yaranıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, çörək sexlərinə nəzərdə tutulan həcmdə un verilməməsi və qara bazarda qiymətlərin kəskin bahalaşması istehsal gücünün əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Mövcud vəziyyət bəzi bölgələrdə alıcılarla çörək sexlərinin işçiləri və rəhbərliyi arasında gərginliyə və qarşıdurmalara yol açıb.
Rəsmi qurumlar isə məsələ ilə bağlı açıqlamalarında ölkədə un ehtiyatlarının “yaxşı vəziyyətdə” olduğunu bildirərək vəziyyətin nəzarət altında olduğunu qeyd ediblər.
10:12 15.04.2026
Oxunuş sayı: 54