Xameneyi heyəti təcili geri çağırdı
Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən danışıqlar zamanı İran nümayəndə heyəti daxilində ciddi fikir ayrılığı yarandığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçı danışıqların ilk mərhələsində xüsusilə Hizbullah hərəkatına hərbi və maliyyə yardımının dayandırılması məsələsində daha çevik mövqe sərgiləyib. Bu yanaşma isə İran tərəfinin digər nümayəndəsi Məhəmməd Baqer Zulqədri tərəfindən narazılıqla qarşılanıb.
Mənbələrin bildirdiyinə görə, yaranmış gərginlik barədə məlumat Tehrana çatdırılıb və bundan sonra Müctəba Xameneyi ofisindən nümayəndə heyətinə geri qayıtmaq göstərişi verilib.
Qeyd olunur ki, yayılan bəzi iddiaların əksinə olaraq, danışıqların dayandırılması təşəbbüsü ABŞ tərəfindən deyil, məhz İran nümayəndə heyəti tərəfindən irəli sürülüb.
09:40 15.04.2026
Oxunuş sayı: 68