Vens : İranın nüvə silahı əldə etməsi qəbuledilməzdir
ABŞ-nin vitse-prezidenti Ceymz Devid Vens İranın nüvə silahına sahib olmasının dünya üçün ciddi təhlükə yaratdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, bu məsələ ilə bağlı Prezidentlə tam razıdır və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ABŞ-ın əsas məqsədlərindən biridir.
Vens son günlər aparılan danışıqlara toxunaraq bildirib ki, İran tərəfi çətin müzakirəçilərdir. Bununla belə, onun sözlərinə görə, Tehranın nüvə silahına sahib olması bütün dünya üçün “dəhşətli nəticələrə” səbəb ola bilər.
ABŞ rəsmisi əlavə edib ki, İranın hazırda belə qlobal səviyyədə iqtisadi təsir imkanlarından istifadə etməyə çalışdığı bir şəraitdə, nüvə silahına sahib olması vəziyyəti daha da təhlükəli edər.
Vens vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bu cür təhlükəli silahların yayılmasına imkan verməməkdir.
09:30 15.04.2026
Oxunuş sayı: 46