ABŞ "Lukoil" şirkətinə güzəşt müddətini uzadıb
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa etsə də, "Lukoil" şirkətinə güzəşt müddətini uzadıb.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir.
Məlumata görə, sanksiyalar Tramp administrasiyasının İranla müharibə zamanı neft və qaz qiymətlərini azaltmaq üçün tətbiq edilən müvəqqəti güzəştin müddətinin bitməsinə icazə verməsindən sonra bərpa edilib.
Sanksiyalara baxmayaraq, Rusiya xaricində təxminən 2000 yanacaqdoldurma məntəqəsinin oktyabrın 29-na qədər fəaliyyətini davam etdirməsinə icazə verib.
22:40 14.04.2026
Oxunuş sayı: 46