Peskovdan internet məhdudiyyətləri ilə bağlı AÇIQLAMA
Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Rusiyada internet və mesajlaşma tətbiqlərinə qoyulan məhdudiyyətlərin keçmişə qayıdış kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Peskov qeyd edib ki, mövcud tədbirlər təhlükəsizlik mülahizələrindən irəli gəlir və bu səbəbdən müəyyən məhdudiyyətlərin tətbiqi zəruri hesab olunur.
Sözçünün sözlərinə görə, görülən addımların məqsədi ölkənin təhlükəsizliyini təmin etməkdir və vətəndaşların əksəriyyəti bu qərarların məntiqini anlayır.
O, həmçinin vurğulayıb ki, Rusiyada tətbiq olunan rəqəmsal məhdudiyyətlər zərurətə əsaslanır və cəmiyyət tərəfindən geniş şəkildə qəbul edilir.
16:05 14.04.2026
Oxunuş sayı: 59