İsraildə Holokost qurbanları anılır
İsrail bu gün Holokostun Anım Gününü qeyd edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Anım günü çərçivəsində ölkə üzrə müxtəlif tədbirlər keçirilir, Holokost qurbanlarının xatirəsi yad edilir. Səhər saatlarında siren səsləndirilib və insanlar iki dəqiqəlik sükutla həyatını itirənlərin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, bu gün Holokost zamanı həyatını itirən milyonlarla insanın xatirəsinə həsr olunub.
15:50 14.04.2026
Oxunuş sayı: 52