İslamabad danışıqları sonrası ABŞ–İran dialoqu davam edir
İslamabadda keçirilən və gərgin keçdiyi bildirilən danışıqlardan sonra ABŞ və İran rəsmiləri arasında dialoqun davam etdiyi açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tərəflər onilliklər ərzində ən yüksək səviyyəli görüşləri heç bir konkret irəliləyiş olmadan başa vurub, lakin danışıqlara yaxın mənbələr prosesin hələ də davam etdiyini bildiriblər.
ABŞ Prezidenti Donald Tramp İranın “bu səhər əlaqə saxladığını” və razılaşma əldə etmək istədiyini bildirib. Reuters bu iddianı dərhal təsdiqləyə bilməyib.
ABŞ rəsmilərindən biri Vaşinqton və Tehran arasında əlaqələrin davam etdiyini və razılaşma istiqamətində müəyyən irəliləyişin olduğunu qeyd edib.
Ağ Evin sözçüsü Olivia Uels isə bildirib ki, ABŞ mövqeyi dəyişməz qalır: İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək və danışıqlar qrupu bu “qırmızı xəttə” sadiqdir.
10:40 14.04.2026
Oxunuş sayı: 44