Əraqçıdan Trampın bəyanatlarına reaksiya
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda və ziddiyyətli açıqlamalar verməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O sosial şəbəkə paylaşımında bildirib ki, Tramp bir tərəfdən İranın donanmasının məhv edildiyini iddia edir, digər tərəfdən isə İran gəmilərinə qarşı hər hansı hücumun ciddi nəticələri olacağı barədə xəbərdarlıq edir.
Əraqçı qeyd edib ki, bu açıqlamalar bir-biri ilə ziddiyyət təşkil edir və “əgər donanma məhv edilibsə, niyə hələ də təhdid edilir” sualını gündəmə gətirir.
O, Trampa müraciət edərək daha dəqiq və ardıcıl məlumat verməyə çağırış edib.
10:30 14.04.2026
Oxunuş sayı: 60