ABŞ və İran arasında mümkün görüş gündəmdədir
ABŞ rəsmiləri İran ilə mümkün görüş üçün tarix və məkan variantlarını nəzərdən keçirirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, belə bir görüşün baş tutması hələ dəqiqləşməyib və proses ilkin mərhələdədir.
Mənbənin iddiasına əsasən, əgər yaxın günlərdə İran və regiondakı vasitəçilərlə aparılan danışıqlarda irəliləyiş əldə olunarsa, bu istiqamətdə hazırlıqlar davam etdiriləcək.
Qeyd olunub ki, tərəflər görüş ehtimalına uyğun olaraq operativ şəkildə hazırlıq görməyə hazır olmalıdırlar.
10:10 14.04.2026
Oxunuş sayı: 51