Çin tankeri Hörmüzdən keçdi
Çin bayrağı altında üzən “Riç Starı” adlı neft tankeri Hörmüz boğazından keçib.
Crossmedia.az bu barədə "Reuters" ə istinadən xəbər verir.
Bildirilir ki, hadisə ABŞ-nin tətbiq etdiyi dəniz məhdudiyyətlərinə baxmayaraq baş verib.
Məlumata əsasən, sözügedən tanker və ona sahib olan Şanxay Szüanrun gəmiçilik şirkəti ABŞ tərəfindən İranla əlaqələrinə görə sanksiyalara məruz qalıb.
Qeyd olunur ki, hadisə bölgədə artan geosiyasi gərginlik fonunda baş verib və enerji daşımaları ilə bağlı riskləri yenidən gündəmə gətirib.
09:45 14.04.2026
Oxunuş sayı: 56