Soydaşımız Belçika çempionu olub
Belçikada yaşayan azərbaycanlı güləşçi Harun İbrahim Brüsseldə keçirilən qrapplinq üzrə ölkə çempionatında iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
10-12 yaşlılar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız bütün rəqiblərini məğlub edərək Belçika çempionatının qızıl medalını qazanıb. O, bu çempionatda 2024-cü ildə bürünc, 2025-ci ildə isə gümüş medala sahib olub.
Son iki il ərzində Lier şəhərində fəaliyyət göstərən “BJJ Elite Squad” klubunda Braziliya Ciu-Citsusu (BJJ) və qrapplinq üzrə müntəzəm məşqlər edən Harun İbrahim uğurlu çıxışları ilə yadda qalıb. 5 yaşından idmanla məşğul olan azərbaycanlı güləşçi ilk addımlarını "Perfect Team MMA" klubunda atıb.
16:02 09.04.2026
Oxunuş sayı: 49