Azərbaycanlı tələbə dünyanın 1 nömrəli universitetinə qəbul oldu
Azərbaycanlı gənc tələbə Nərmin Kərimova dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan 🇬🇧 University of Oxford-un MPhil in International Relations proqramına qəbul olub!
Crossmedia.az xəbər verir ki, Nərmin hazırda Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan ADA University-də International Studies ixtisası üzrə təhsil alır.
O, yüksək akademik göstəricilərinə görə bir neçə dəfə rektor və dekan siyahısına daxil edilib.
O, həmçinin Berlin şəhərində yerləşən Humboldt University-də mübadilə proqramı çərçivəsində təhsil alaraq beynəlxalq akademik mühitdə təcrübə qazanıb.
Bundan əlavə, Nərmin London School of Economics (LSE) və University College London (UCL) kimi dünyanın aparıcı universitetlərindən də qəbul alıb.
Ən önəmlisi isə, Nərmin bu uğurları heç bir konsultasiya və ya qəbul şirkəti ilə əməkdaşlıq etmədən, bütün müraciət və qəbul proseslərini tamamilə özü idarə edərək əldə edib.
Peşəkar inkişaf yolunda Nərmin:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatiya könüllüsü və təcrübəçi kimi fəaliyyət göstərib
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində çalışaraq beynəlxalq diplomatik təcrübə qazanıb
Qeyd edək ki, Nərmin ingilis dili üzrə IELTS imtahanından 8.5 nəticə əldə edib.
Akademik nailiyyətləri və beynəlxalq təcrübəsi ilə seçilən Nərmin Kərimovanın University of Oxford kimi qlobal nüfuza malik universitetə qəbul olması Azərbaycan gənclərinin beynəlxalq uğurlarına daha bir parlaq nümunədir.

23:43 08.04.2026
Oxunuş sayı: 54