Gözlənilməz diplomatiya: ABŞ–İran razılaşmasının pərdəarxası
ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasının son anda iki “gözlənilməz oyunçu”nun iştirakı ilə mümkün olduğu bildirilir.
Crossmedia.az bu barədə “Associated Press” ə istinadən xəbər verir ki, razılaşmanın formalaşmasında ABŞ vitse-prezidenti Ceyms Devid Vens və Çin mühüm rol oynayıb.
Məlumatda qeyd olunur ki, Vens danışıqlara son anda qoşulub. Bu isə ABŞ Prezidenti Donald Tramp tərəfindən İranın strateji infrastrukturuna mümkün zərbələrin endirilməsi üçün müəyyən edilmiş son tarixə az qalmış baş verib.
Agentlik vasitəçi ölkələrdən birinə istinadən bildirir ki, Çin rəsmiləri də iranlı həmkarları ilə təmas quraraq Tehranın atəşkəsə razılıq verməsinə çalışıblar.
Qeyd edilir ki, Pekin bu prosesdə əsasən Pakistan, Türkiyə və Misir kimi vasitəçi ölkələr üzərindən təsir imkanlarından istifadə edib.
09:22 08.04.2026
Oxunuş sayı: 43