İranın vitse-prezidenti: Trampın təhdidlərindən qorxmuruq
ABŞ prezidenti Donald Trampın Tehrana qarşı son təhdidlərinə cavab olaraq, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ölkəsinin Amerika prezidentindən qorxmadığını bildirib.
Crossmedia.az bu barədə "Armenpress"-ə istinadən xəbər verir.
"İran Trampın təhdidlərindən qorxmur. İran sivilizasiyası min illərdir düşmənlərinin "səhvlərini" dəf edib. Düşmənin qəddarlığına qarşı cavabımız sarsılmaz dözümlülük və İran millətinin daxili gücünə güvənməkdir", - deyə Məhəmməd Rza Arif bildirib.
Daha əvvəl Tramp Tehran Hörmüz boğazını yenidən açmaq tələblərinə razı olmayacağı təqdirdə İranı cəza zərbələri ilə hədələmişdi. Tramp, xüsusən də, onunla bağlanmış müqavilə ləğv edilərsə, bütün İran sivilizasiyasını məhv etməklə hədələmişdi.
21:25 07.04.2026
Oxunuş sayı: 47