KİV: İranın bir sıra bölgələrində nəqliyyat infrastrukturuna hücum olub
"Pars Today" İranın bir sıra bölgələrində nəqliyyat infrastrukturunun hücuma məruz qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Tehranda Tehran–Məşhəd dəmir yolu xəttinin Kalle-No və Rey hissəsinə mərmi düşüb.
İsfahanın Kaşan bölgəsində Yəhya-Abad dəmir yolu körpüsünə hücum nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Qum əyalətinin qərb hissəsində avtomobil yollarından biri hədəfə alınsa da, nəqliyyatın hərəkəti açıq qalıb.
Əlborz-Kərəc dəmir yolu xəttinə zərbə endirildiyi bildirilir.
Zəncan–Miyane marşrutundakı dəmir yolu körpüsü də hücuma məruz qalıb.
Şərqi Azərbaycan isə Təbriz–Tehran magistralı müvəqqəti bağlansa da, sonradan nəqliyyatın hərəkəti bərpa olunub.
Bildirilib ki, Məşhəd istiqaməti, eləcə də cənub və Zaqros dəmir yolu xətləri üzrə qatarların hərəkəti növbəti xəbərdarlığa qədər dayandırılıb.
21:07 07.04.2026
Oxunuş sayı: 42