ABŞ vitse-prezidenti Ukraynanı ABŞ-dəki seçkilərə müdaxilə etməkdə günahlandırıb
ABŞ vitse-prezidenti Cey di Vens Ukraynanı ABŞ və Macarıstan seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vitse-prezident iddia edib ki, Ukrayna kəşfiyyat xidmətlərinin daxilindəki elementlər 2024-cü il seçkilərinə təsir göstərməyə cəhd ediblər.
"Bilirik ki, Ukrayna kəşfiyyat xidmətlərinin daxilində Amerika və Macarıstandakı seçkilərin nəticələrinə təsir göstərməyə çalışan elementlər var. Bu, sadəcə onların üslubudur", - deyə o bildirib.
Vens , həmçinin iddia edib ki, seçkilərdən əvvəl Ukrayna tərəfdarları "Demokratlarla birlikdə kampaniya aparıblar".
O, həmçinin müharibəyə son qoymaq üçün diplomatiyanın lazım olduğunu vurğulayıb və Avropanı enerji siyasəti ilə Ukraynanı zəif, Rusiyanı isə güclü etməkdə günahlandırıb.
19:35 07.04.2026
Oxunuş sayı: 45