Avstraliyada Azərbaycan mədəniyyəti tanıdılıb
Avstraliya İttifaqının Lismore şəhərində yerləşən eyniadlı özəl məktəbdə “Harmoniya Günü” (“Harmony Day”) tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə məktəbin şagirdləri olan azyaşlı soydaşlarımız Ədilə Adili və Zeyn Adili Azərbaycan haqqında geniş məlumat veriblər. Ölkəmizin zəngin tarixi, mədəniyyəti və adət-ənənələri barədə danışıb, milli geyimlərimizi nümayiş etdiriblər. İştirakçıların böyük maraqla qarşıladıqları bu çıxışlar sayəsində məktəbin əcnəbi şagirdləri vətənimizlə bağlı yeni biliklər qazanıblar.
Qeyd edək ki, bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
21:20 03.04.2026
Oxunuş sayı: 30