İran ABŞ qırıcısının qalıqlarını nümayiş etdirib
İran tərəfi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E Strike Eagle qırıcısının qalıqlarını nümayiş etdirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran mediasında yayılan görüntülərdə ABŞ HHQ-nin 494-cü qırıcı eskadrilyasına aid olduğu iddia edilən təyyarənin şaquli stabilizatoru və digər hissələrinin qalıqları göstərilib.
Məlumatda qeyd olunur ki, bu hadisə müharibənin başlanmasından bəri İran ərazisi üzərində ABŞ-a məxsus təyyarənin ilk təsdiqlənmiş döyüş itkisi kimi təqdim olunur.
İran mənbələri pilotların həlak olduğunu iddia etsə də, indiyədək nə onların cəsədlərinə, nə də əsir götürüldüklərinə dair hər hansı sübut və ya görüntü təqdim olunmayıb.
Bununla yanaşı, İran tərəfi təyyarənin vurulmasından sonra ABŞ tərəfindən pilotların xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatına başlanıldığını iddia edir. Bildirilir ki, pilotların mümkün olduğu ehtimal edilən əraziyə ABŞ-a məxsus təyyarə və ya helikopterlər göndərilib.
Hazırda pilotların taleyi ilə bağlı rəsmi və dəqiq məlumat açıqlanmayıb və iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
17:27 03.04.2026
Oxunuş sayı: 536