İran: Hörmüz boğazı ABŞ və İsrail üçün uzun müddət bağlı qalacaq
İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi bildirib ki, Hörmüz boğazı ABŞ və İsrail üçün uzun müddət bağlı qalacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Açıqlamada qeyd olunub ki, bu qərar regionda baş verən hadisələr və təhlükəsizlik vəziyyəti ilə bağlıdır.
İran tərəfi boğazın bağlanmasının hərbi və strateji qərar olduğunu vurğulayıb. Hörmüz boğazı dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi əsas dəniz marşrutlarından biri hesab olunur.
10:25 03.04.2026
Oxunuş sayı: 80