İran Küveytdəki neftayırma zavodunu vurub
Küveyt Neft Korporasiyası ölkənin Mina əl-Əhmədi neft emalı zavodunun pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlayıb.
Crossmedia.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hücum səhər saatlarında baş verib və nəticədə zavodun əməliyyat bölmələrində yanğın yaranıb.
Bəzi məlumatlarda hücumun arxasında İranın dayandığı iddia edilsə də, bu barədə rəsmi təsdiq yoxdur. İran tərəfi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
10:07 03.04.2026
Oxunuş sayı: 80