Fransız diplomat: Körfəz ölkələri İranın gücü ilə barışmalıdır
Fransız keçmiş diplomat Arro bildirib ki, Körfəz ölkələri İranın regional gücü reallığını qəbul etməli və strategiyalarını buna uyğun yenidən müəyyən etməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, bir çox ekspertlər regionda mövcud vəziyyəti Süveyş böhranı ilə müqayisə edir. Həmin dövrdə Fransa və Böyük Britaniya Yaxın Şərqdə nəzarəti itirmiş, onların yerini isə ABŞ tutmuşdu.
Diplomatın sözlərinə görə, hazırkı müharibədən sonra Körfəz regionunda strateji tarazlıq tamamilə yenidən formalaşacaq. O bildirib ki, əslində uzun müddətdir gizli bir reallıq mövcud idi – İranın gücü ilə Körfəz ölkələrinin həssaslığı arasında balans.
“Hamı bu vəziyyətlə müəyyən dərəcədə barışmışdı, lakin indi İsrail və ABŞ prosesi açıq mərhələyə keçirib. Buna görə də müharibədən sonra hər şeyin əvvəlki kimi davam edəcəyinə inanmaq olmaz”, – o qeyd edib.
Keçmiş diplomat əlavə edib ki, Körfəz regionu Qərbin rifah mənbəyi kimi əvvəlki əhəmiyyətini itirmək üzrədir və region ölkələri strategiyalarını yenidən müəyyən etməli, İranın gücünü təkcə rəqib kimi deyil, həm də potensial tərəfdaş kimi qiymətləndirməlidirlər.
10:19 03.04.2026
Oxunuş sayı: 82