Abbas Əraqçi: ABŞ vaxtı geri qaytarmaq istəyirmi?
İranın Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ siyasətini tənqid edən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, müasir dövrlə Daş dövrü arasında diqqətçəkən fərqlərdən biri həmin dövrdə Yaxın Şərqdə neft və qaz hasilatının olmaması idi.
Əraqçi ABŞ Prezidentinə və onu hakimiyyətə gətirən amerikalılara istinad edərək, onların vaxtı geri qaytarmaq istəyib-istəmədiklərini sual edib.
İran XİN rəhbərinin bu açıqlaması Vaşinqtonun Yaxın Şərq siyasəti və regiondakı enerji və təhlükəsizlik məsələləri fonunda səsləndirilib.
09:42 03.04.2026
Oxunuş sayı: 85