Putin və Paşinyan görüşdü
Aprelin 1-i Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
Crosssmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş çərçivəsində Putin Ermənistan daxilindəki siyasi gərginliklə bağlı fikirlərini bildirib.
Putin vurğulayıb ki, Ermənistanın seçkilər ərəfəsində yaranan daxili siyasi gərginlik iki dost ölkə — Rusiya ilə Ermənistan arasındakı münasibətlərə xələl gətirməməlidir. O qeyd edib ki, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq əsasında davam etməli və regionda əməkdaşlıq gücləndirilməlidir.
Görüşdə həmçinin regional əməkdaşlıq, iqtisadi əlaqələr və Avrasiya məkanında inteqrasiya məsələləri müzakirə olunub. Paşinyanın Moskvaya rəsmi işgüzar səfəri zamanı ikitərəfli gündəliyin geniş spektri üzrə dialoq aparılması planlaşdırılır.
18:45 01.04.2026
Oxunuş sayı: 39