Möminə xatun türbəsinin bərpasının davamına 9 mln. manatdan çox vəsait ayrılıb
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılıb.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 mln. 566 min manat vəsait ayrılıb.
12:31 16.03.2026
Oxunuş sayı: 50