Orban: Zelenski burada əmr verməyəcək!
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın neft blokadasına qarşı sərt açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, blokada artıq 19-cu gündür davam edir və Macarıstanın mütəxəssisləri hələ də Drujba boru kəmərinə giriş icazəsi ala bilməyib.
Orban Brüsseli hələ də həqiqətlə üzləşməkdən imtina etməkdə ittiham edib.
Baş nazir vurğulayıb ki, Avropa ucuz Rusiya nefti olmadan enerji böhranının öhdəsindən gələ bilməz, lakin sanksiyalar qüvvədə qalır.
O əlavə edib ki, Macarıstanda ailələr, fermerlər və biznes qorunur, qiymətlər sabit saxlanılır və etibarlı təchizat təmin edilir.
Orban həmçinin deyib: “Sabah sülh üçün yürüş edəcəyik. Ukrayna şantajına qarşı durmağın vaxtı gəldi: Zelenski burada əmr verməyəcək!”
20:12 14.03.2026
Oxunuş sayı: 50