Sarkisyanın qardaşı barədə həbs qərarı verilib
Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın həbsinə qərar verib.
Crossmedia.az bu barədə erməni mediayasına istinadən xəbər verir ki,məhkəmənin mətbuat katibi Arminə Novruzyan məlumat verib.
Onun sözlərinə görə, fevralın 24-də istintaq orqanı Aleksandr Sarkisyanın həbs olunması ilə bağlı vəsatət qaldırıb və hakim Sarkis Petrosyan bu vəsatəti təmin edib.
Məhkəmənin açıqlamasında bildirilir ki, Aleksandr Sarkisyan aşkar edilərsə və Ermənistan Respublikasının yurisdiksiyası altında olarsa, onun həbsi məsələsi yenidən məhkəmə tərəfindən nəzərdən keçiriləcək.
Aleksandr Sarkisyan xüsusilə iri məbləğdə mənimsəmə ittihamı ilə təqsirləndirilir.
16:00 10.03.2026
Oxunuş sayı: 49