İsrail “Əl-Kərz Əl-Həsən” Assosiasiyasının aktivlərinə zərbələr endirdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri (IDF) dünən “Əl-Kərz Əl-Həsən” Assosiasiyasına məxsus aktivlərə və pul anbarlarına qarşı həyata keçirilən növbəti zərbələr silsiləsinin başa çatdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail tərəfinin iddiasına görə, sözügedən qurum Hizbullahın fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur. Bildirilir ki, əməliyyat çərçivəsində təşkilatın maliyyə infrastrukturu və pul saxlanılan məkanlar hədəfə alınıb.
Hadisə ilə bağlı qarşı tərəfdən hələlik rəsmi açıqlama verilməyib. Regionda gərginliyin artdığı bir vaxtda bu addımın vəziyyətə necə təsir edəcəyi diqqətlə izlənilir.
14:57 10.03.2026
Oxunuş sayı: 57