Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıq zamanı Hakan Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu vurğulayıb və bu cür hadisələrin regionda gərginliyi artırdığını bildirib.
Abbas Əraqçi isə Türkiyə hava məkanına yönəlmiş raketlərin İrana məxsus olmadığını qeyd edib. O, məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını və nəticələrin Türkiyə tərəfi ilə paylaşılacağını deyib.