İsrail Hərbi Hava Qüvvələri İrana genişmiqyaslı hücum edib
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, hücumda onlarla qırıcı təyyarə iştirak edib və 170-dən çox sursat atılıb. Zərbələr Tehran, İsfahan və Şiraz ərazilərindəki qərargahları, istehsal müəssisələrini və hərbi infrastrukturu hədəf alıb.
Hərbi açıqlamada qeyd olunur ki, paytaxtda İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanlıq mərkəzinə hücum edilib.
Eyni zamanda, İsfahanda raket istehsalı və saxlama məntəqələrinə zərbələr endirilib.
10:44 10.03.2026
Oxunuş sayı: 42