Fransa Şərqi Aralıq dənizinə “Şarl de Qoll” zərbə qrupunu göndərir
Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrail ilə İran arasında gərginliyin artması fonunda ölkəsinin Şərqi Aralıq dənizi bölgəsinə hərbi qüvvələr göndərdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Makronun sözlərinə görə, Fransanın "Şarl de Qoll" aviadaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu bölgəyə yerləşdiriləcək.
“Bunlar mürəkkəb əməliyyatlardır – bölgədəki ölkələrdə Fransa vətəndaşlarını qorumaq, müttəfiqləri və tərəfdaşları dəstəkləmək, naviqasiya azadlığını və dəniz yollarının təhlükəsizliyini təmin etmək”, – deyə Fransa prezidenti bildirib.
Makron vurğulayıb ki, Fransa qüvvələri yalnız müdafiə məqsədi ilə yerləşdirilir və münaqişənin heç bir tərəfinə qarşı döyüş əməliyyatlarında iştirak etməyəcək.
Fransa prezidentinin sözlərinə görə, zərbə qrupuna "Şarl de Qoll" aviadaşıyan gəmisi, təxminən 20 Rafal qırıcı təyyarəsi, havadan erkən xəbərdarlıq təyyarəsi, bir neçə freqat və desant gəmisi, eləcə də Avropa müttəfiqlərinin qüvvələri daxil olacaq.
10:12 10.03.2026
Oxunuş sayı: 47