Küveyt ölkəyə hücumlara görə İran səfirini ikinci dəfə çağırdı
Küveyt hökuməti ölkə ərazisinə edilən hücumlarla bağlı İran səfirini ikinci dəfə Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, Küveyt XİN-in məlumatına görə, səfirə Küveyt ərazisinə yönələn ballistik raket və pilotsuz uçuş aparatları ilə bağlı hücumlara, eləcə də ölkənin hava məkanının və suverenliyinin pozulmasına görə rəsmi etiraz notası təqdim olunub.
Xarici işlər nazirinin müavini bildirib ki, Küveyt BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu özündə saxlayır və İranı bütün düşmənçilik hərəkətlərini dərhal dayandırmağa çağırır.
Qeyd edək ki, Küveyt Xarici İşlər Nazirliyi hadisələrlə bağlı Tehrana diplomatik kanallar vasitəsilə narazılığını artıq ikinci dəfə çatdırıb.
23:05 09.03.2026
Oxunuş sayı: 45